Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:45

Bruce Lee-nin 10 yaşında çəkildiyi film - Video


Bruce Lee
Bruce Lee

-

Bruce Lee... 80-ci illər Azərbaycanında o, Stallone, Schwarzenegger kimi oğlan uşaqlarının, gənclərin dilindən düşmürdü.

Xüsusən də videomaqnitofonlar və kasetlər SSRİ-yə kütləvi şəkildə “ayaq açandan” sonra.

Məşhur Honq-Konqlu kunq-fu ustası və aktyoru indinin özünəcən yaddan çıxmır. Amma məsələn, aktyorluq keyfiyyətləri daim tənqid edilən Stallone-dən fərqli olaraq Bruce Lee-nin istedadı çox az adamda şübhə doğura bilərdi.

Bu da təsadüfi deyildi, o, kinoya dəmir əzələlərinin gücünə gəlməmişdi. 1950-ci ildə çəkilmiş “Uşaq” filmində 10 yaşlı Bruce Lee-nin öz rolunu necə məharətlə oynadığını görmək olar.

18 yaşında Hollywood-a üz tutanacan o, 15-dən çox filmə çəkilmişdi.

“Uşaq” filmində Bruce Lee dalaşqanlığına görə məktəbdən qovulan və oğru dəstəsinə qoşulan yetim uşağı oynayır. Onu böyütmüş əmisi ilə münaqişəsi də bunun üstündə yaranır. Aşağıdakı epizodda o hətta əmisinin üstünə bıçaq də çəkir...

XS
SM
MD
LG