Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 21:59

İran Azərbaycanında həbs olunanlar məhkəmələrini gözləyir


Ana dilinin məktəblərdə tədrisini tələb edən İran azərbaycanlılarının sentyabrın 23-də aksiyalar keçirməsini Qərbi Azərbaycan Ustandarının əmniyəti müavini təkzib edib. Bu təkzib xəbərini dərc edən «Aftab-e Yəzd» qəzeti digər tərəfdən də aksiyalar nəticəsində Urmiya şəhərində 8 nəfərin həbs olunduğunu bildirir.


Azərbaycanlı Siyasi Məhbuslarının Müdafiə Komitəsinin verdiyi məlumata görə tutulanlar içərisində ən azı 2 tələbə də var. Bunların biri 16 yaşılı Sina Mədədi Osalu Urmiyada saxlanılmış və ailəsi ilə görüşmə imkan verilməmişdi. Həbs edilən digər tələbə isə Nəqədəli Arəş Məkaridir. Zəncandan verilən məlumata görə, mitinqlərə bir gün qalmış mənzilində tutulan müəllim Məhərrəm Əli İrfaninin durumu yaxşı deyil.


May aksiyalarında iştiraka görə həbs edilənlərin bir qisminin azad olunmasına baxmayaraq, onlardan bəzilərinin 23 sentyabr aksiyalarına qatıldıqları bildirilərək yenidən saxlanılıblar.


İran Azərbaycanın Maku və Marağa şəhərlərində də həbs edilənlər barələrində məhkəmə hökmünü gözləyirlər.


XS
SM
MD
LG