Keçid linkləri

Təcili xəbərlər
2021, 02 Mart, çərşənbə axşamı, Bakı vaxtı 05:56

Rasim Qaraca. Avqust şeirləri


Rasim Garaca

-

Rasim Qaraca

Avqust şeirləri

*

Qoy keçmiş təkrar olsun,

maşından evə meyvələri daşıyan uşaq yıxılsın,

qucağındakı qovun yerə dəyib partlasın

*

Yenə savaş səhnələri hər yanda,

yenə qan gölünə döndü dünya,

utanmalıdır hər kəs

bəzən insan olduğuna...

*

İşıq və kölgə oyununa başladıq səninlə,

ağ-qara rənglərdəydi bütün toxunmaların,

təkcə dodaqların

al-qırmızıydı...

*

Bir dəfə öpdünsə bir qadını

nərdivanla enərkən,

bir daha ala bilməzsən o dadı –

qadın taparsan, amma, nərdivan yox...

*

Qanad çalıb uçmaz

bzim ölkədə quşlar,

çünki onların

qəfəsdə dostları var...

*

Pəncərələr çilik-çilk olub yerə tökülməyib,

evlər uçulmayıb daşları daş üstündədir nədənsə.

Ən gülməlisi,

oxla dəlinmiş o ürək şəkli də

hələ silinməyib...

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG