Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:42

Qazaxda saxlanan Ermənistan vətəndaşı ilə bağlı rəsmi məlumat yayılıb


Ananyan Sarkis Norikovç
Ananyan Sarkis Norikovç

-

Müdafiə nazirliyi Qazax rayonunun Kəmərli kəndi istiqamətində saxlanan Ermənistan vətəndaşı haqda məlumat yayıb. Nazirlik bildirib ki, avqustun 26-da Ermənistan vətəndaşı, 1961-ci il təvəllüdlü Ananyan Sarkis Norikoviç Azərbaycan-Ermənistan dövlət sərhədini pozaraq qeyri-qanuni olaraq Azərbaycan ərazisinə keçib.

«Könüllü olaraq Qazax rayonunun Kəmərli kəndi istiqamətində ərazimizə keçərkən S.Ananyan müdafiənin ön xəttində yerləşən Silahlı Qüvvələrimizin bölmələri tərəfindən saxlanılıb. İlkin araşdırma nəticəsində məlum olub ki, Ermənistan Respublikasının Noyemberyan rayonundan olan S.Ananyan ölkəsindəki sosial vəziyyətin agırlığından, şəraitsizlikdən və səfalətdən narazıdır. O, bildirib ki, 10 yaşından sol ayağında problemlər olduğuna görə təhsildən və hərbi xidmətdən kənarda qalıb. Dolanışığı çətin olduğuna görə həmişə muzdlu əməklə məşğul olub. Ölkəsindəki çətin durumdan bezdiyini deyən erməniyə görə, sosial vəziyyət o həddə çatıb ki, onun həmkəndlilərinin əksəriyyəti Azərbaycana keçmək, burada sığınacaq tapmaq niyyətindədirlər».

Müdafiə Nazirliyi 53 yaşlı A. Norikoviçin hazırda həkimlərin nəzarəti altında olduğunu və onunla beynəlxalq hüquq normaları tərəfindən təsbit edilmiş qaydalar çərçivəsində davranıldığını bildirir.

XS
SM
MD
LG