Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 10:51

Son 5 ildə Azərbaycanda beynəlxalq terrorda şübhəli bilinən 40-dan artıq şəxs saxlanıb


«Azərbaycan beynəlxalq anti-terror koalisiyasının ən aktiv üzvlərindən biridir və bu günədək bu mübarizəyə öz töhfələrini verib». Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev sentyabrın 28-də keçirilən brifinqdə bildirib ki, 2001-ci il 11 sentyabr hadisələrindən sonra sərhədlərin mühafizəsində beynəlxalq terrorizmə qarşı mübarizənin aparılması daha ciddi şəkildə gündəmə gəlib. «Azərbaycan sərhədlərində 40-dan yuxarı beynəlxalq terrorda şübhəli bilinən şəxslər saxlanaraq müvafiq qurumlara təhvil verilib. Bu işlər indi də davam etməkdədir».


Cənab Quliyev Xəzər dənizi hövzəsində qeyri-qanuni daşınmaların qarşısını alınması üzrə tədbirlərin davam etdiyini, bunun üçün texniki imkanların olduğunu və zəruri işlərin aparıldığını da bildirib.


XS
SM
MD
LG