Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:21

Bakıda Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin iclası keçiriləcək


Foto arxiv
Foto arxiv

Sentyabrın 8-9-da Bakıda Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələrin xarici işlər və energetika nazirlərinin iclası keçiriləcək.

İclasda tərəfdaş ölkələr arasında uzunmüddətli əməkdaşlığın perespektivləri müzakirə ediləcək.

Artıq Belarus və Ukrayna bu toplantıda iştirak edəcəklərini təsdiqləyiblər.

Şərq Tərəfdaşlığı proqramına Azərbaycan, Belarus, Ukrayna, Gürcüstan, Moldova və Ermənistan daxildir.

Amma Ermənistan bu yaxınlarda Rusiyanın rəhbərlik etdiyi Vahid Gömrük İttifaqına qoşulacağını bəyan edib.

XS
SM
MD
LG