Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:40

Ermənistan vətəndaşını saxlayan icra nümayəndəsi problemlə üzləşib


Foto: Arxiv
Foto: Arxiv

-

Qazax rayonunda Ermənistan vətəndaşının saxlanması haqda mətbuata məlumat verən Kəmərli kənd icra nümayəndəsi Adıgözəl Dursunov işdən çıxması ilə bağlı ərizə yazıb.

Bu haqda AzadlıqRadiosuna Adıgözəl Dursunovun özü məlumat verib. Ərizə yazmasının səbəbləri haqda AzadlıqRadiosunun sualına onun cavabı qısa oldu:

«Səhər gəldilər, işdən çıxmaqla bağlı ərizəmi aldılar, getdilər. Gözləyirəm əmrin surəti gəlsin, hər şeyi danışacağam».

Təhlükəsizlikləri baxımından adlarının çəkilməsini istəməyən Kəmərli kənd sakinləri Adıgözəl Dursunovun məhz mətbuata verdiyi məlumat üzündən işdən çıxarıldığını bildirirlər.

Adıgözəl Dursunov AzadlıqRadiosuna bildirmişdi ki, avqustun 26-da evlərinin yanında Ermənistan vətəndaşını saxlayıblar. Onun dediyinə görə, həmin şəxsi bir müddət sonra Azərbaycan hərbçilərinə təhvil veriblər.

Müdafiə Nazirliyi bu məlumatı nə təkzib, nə də təsdiq etmişdi.

XS
SM
MD
LG