Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:13

«Yezidi kürdlərin Dağlıq Qarabağa köçürülməsi Cenevrə Konvensiyasının pozulmasıdır»


Elman Abdullayev
Elman Abdullayev

-

İraqda yaşayan yezidi kürdlərin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi IV Cenevrə Konvensiyasının 49-cu bəndinin pozulmasıdır.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

Diplomat qeyd edib ki, ermənilərin bu addımı beynəlxalq hüquqa ziddir:

«Erməni tərəfi istənilən durumda münaqişənin həlli prosesinə xələl gətirməyə cəhd edir. Ermənilərin bu qanunsuz əməlləri dəfələrlə ATƏT-in Minsk Qrupunun hesabatlarında da öz əksini tapıb».

XS
SM
MD
LG