Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:17

Ombudsman azyaşlıların əfvini istəyir


Ombudsman Elmira Süleymanova 13 azyaşlı məhbus uşağın əfv olunması üçün prezident yanında Əfv Komissiyasına müraciət edib. Bu zaman azyaşlıların ailə vəziyyəti, davranışı və bir sıra başqa amillər nəzərə alınıb.


Ombudsman Aparatının Mətbuat Xidmətinin rəhbəri Zemfira Məhərrəmli deyir ki, son zamanlar insan haqları üzrə müvəkkil əfv olunmaq üçün komissiyaya göndərdiyi siyahıda azyaşlılara və qadınlara xüsusi yer ayırır: «Qadınlar və uşaqlar köməyə daha çox ehtiyacı olan qruplardır. Ona görə də ombudsman onların əfvini istəyir».


İndiyədək ombudsmanın müraciəti əsasında 150 nəfərin əfv olunduğu bildirilir.


XS
SM
MD
LG