Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 10:38

Abdullah seçki auditini boykot edir


Abdullah Abdullah
Abdullah Abdullah

-

Əfqanıstanda prezident postuna namizəd Abdullah Abdullah 14 iyun seçkisindəki bülletenlərin auditini boykot edib. Onun seçki kampaniyasının menecer köməkçisi bunu Azad Əfqanıstan Radiosuna deyib.

Abdullah-ın komandasının üzvü Fazel Ahmad Manawi avqustun 26-da deyib ki, bu proses «bir zarafatdır». Onun sözlərinə görə, seçki rəsmilərinin auditə saxta görünən bülletenləri «kənara atmaq niyyəti yoxdur». Yəni Abdullah-ın saxta bülletenlərin sayılmamasına dair tələbi nəzərə alınmır. Manawi deyib ki, bu tələblərə avqustun 27-si səhərədək əməl olunmasa, o, auditdən çıxacaq və onu «bitmiş sayacaq».

Abdullah və onun rəqibi Ashraf Ghani qələbəsini elan edəndən sonra, seçki prosesi çıxılmaz duruma düşüb. Auditdə məqsəd mübahisəni həll etmək idi.

Hər iki namizəd avqustun 26-da vəzifədən gedən prezident Hamid Karzai ilə görüşüb. O, növbəti prezidentin andiçmə mərasiminin sentyabrın 2-də olacağını deyib.

XS
SM
MD
LG