Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:53

Anar Məmmədli Vaclav Havel mükafatına namizəd oldu


Anar Məmmədli
Anar Məmmədli

-

Azərbaycanın insan haqları fəalı Anar Məmmədli 2014-cü il Vaclav Havel İnsan Hüquqları Mükafatına 3 namizəddən biridir. Avqustun 26-da Praqada toplaşan panel iki təşkilatı da qısa siyahıya salıb. Bunlar israilli və fələstinlilərin hüquqlarını müdafiə edən İsrailin B'tselem təşkilatı və sığınacaq axtaranların hüquqlarını müdafiə edən beynəlxalq Jesuit Qaçqın Xidmətinin Malta filialıdır.

Finalçılar 56 namizəd içindən seçilib. Qalib sentyabrın 28-də müəyyənləşdirilib, bir gün sonra elan olunacaq. Mükafatın məbləği 79,000 dollardır.

İkinci ildir verilən mükafatın məqsədi insan hüquqlarını müdafiə fəaliyyətini qiymətləndirməkdir. Ötən il mükafat Belarus hüquq müdafiəçisi Ales Byalyatski-yə verilib.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli dekabrın 17-də həbs olunub. Baş Prokurorluq A. Məmmədlinin sədri olduğu təşkilata oktyabrın 29-da cinayət işi açıb. İlkin ittiham qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq idi. Daha sonra Anar Məmmədli vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək seçki və referendumun nəticələrini saxtalaşdırmaqda da suçlanıb. Bakı Ağır Cinayətlər Məhkəməsi Anar Məmmədlini 5 il 6 ay azadlıqdan məhrum edib.

Bir sıra beynəlxalq qurumlar isə Anar Məmmədlinin həbsini siyasi sayır, onu dərhal azad etməyə çağırır.

XS
SM
MD
LG