Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:43

Prezident şeyxi təbrik etdi


Allahşükür Paşazadə

-

Prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxülislam Allahşükür Paşazadəni 65 illik yubileyi münasibətilə təbrik edib.

Təbrik məktubunda deyilir:

«Xalqımızın həyatının çətin və mürəkkəb anlarında baş vermiş taleyüklü hadisələrlə bağlı nümayiş etdirdiyiniz əsl vətəndaş münasibəti Sizə böyük hörmət qazandırıb. Qanlı Yanvar hadisələri zamanı tutduğunuz mövqe şəxsiyyətinizin bütövlüyünü təzahür etdirir.

Müxtəlif dinlərin nümayəndələri ilə qarşılıqlı səmərəli əlaqələr qurmaqla Siz dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına bu gün də töhfələr verirsiniz. Ölkəmizin dünyada tolerantlığın unikal məkanı olaraq şöhrət tapması və dinlərarası əməkdaşlığın yeni modelinin bərqərar olması üçün səylərinizi əsirgəmirsiniz».

Qafqaz Müsəlmanları İdarəsinin yaydığı məlumata görə, Allahşükür Paşazadə 65 illiyini Tbilisidə qeyd edəcək. Bu məqsədlə Gürcüstanın Katolikosu Patriarx II İlya A.Paşazadəni avqustun 29-da Gürcüstana dəvət edib.

Allahşükür Paşazadə 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri vəzifəsinə seçilib və şeyxülislam rütbəsi alıb.

Qafqaz müsəlmanlarının 2003-cü ildə keçirilmiş XI qurultayında ömürlük şeyxülislam seçilib.

XS
SM
MD
LG