Rusiyanın ərzaq təhlükəsizliyi xidməti olan Rospotrebnadzor daha 2 McDonald’s restoranını bağlayıb. Bu restoranlardan biri Yekatenburqdadır, digəri Kazanda.
Bu restoranlar texniki səbəblərə görə bağlanıb.
Hazırda Rusiyada bağlanan McDonald’s restoranlarının sayı 6-ya çatıb.
Rusiyadakı Amerika Ticarət palatasının sədri Rodzianko avqustun 21-də demişdi ki, McDonalds restoranlarının bağlanması Ukrayna ətrafındakı siyasətlə bağlıdır.