Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:31

Qəzzaya hava hücumlarında 10 nəfər ölüb


-

Fələstin rəsmiləri bildirir ki, Qəzza zolağına İsrailin endirdiyi hava hücumlarında 10 nəfər həlak olub. Həmin hücumlarda məscidlər, evlər, sərhəd keçid məntəqəsi hədəfə alınıb.

Reuters-in məlumatına görə, avqustun 25-də Qəzzanın ən hündür yaşayış və ofis binalarından biri olan 13 mərtəbəli binaya 4 raket atılıb, 20 nəfər yaralanıb.

Avqustun 19-da atəşkəs pozulandan Qəzzada ölü sayı artıb. İsrail ərazisinə də yüzlərlə raket atılıb.

İyulun 8-də İsrail əməliyyata başlayandan Qəzzada 2100-dən çox adam ölüb. İsrail tərəfdə ölənlərin sayı 68-dir.

XS
SM
MD
LG