Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:42

Ukrayna prezidenti parlamenti buraxır


Petro Poroshenko
Petro Poroshenko

-

Ukrayna prezidenti Petro Poroshenko parlamentin buraxılması barədə sərəncam imzalayıb.

Avqustun 25-də verilmiş sərəncamdan sonra yeni seçkinin vaxtı oktyabrın 26-na təyin olunub.

Poroshenko bu qərarını rəsmi tvitter hesabında açıqlayıb:

«Parlamentin səlahiyyətinə vaxtından əvvəl son qoymaq qərarına gəldim».

Ukrayna qanunvericiliyinə görə, bu qərardan sonra 60 gün ərzində seçki keçirilməlidir.

Poroshenko qərardan bir neçə saat öncə Avropa Şurasının Prezidenti Herman Van Rompuy-la telefonla danışıb. O, Ukraynadakı durumu – avqustun 25-də rus tanklarının Ukraynanın cənub-şərqinə yerləşdirilməsini də müzakirə edib.

Avqustun 26-da Poroshenko Minskdə Rusiya prezidenti Vladimir Putin və AB-nin xarici siyasət rəhbəri Catherine Ashton-la görüşəcək, Rusiya-Ukrayna arasındakı təbii qaz mübahisəsi də müzakirə olunacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG