Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 08:12

Ukrayna sərhədçiləri Rusiyadan gələn tankların, zirehli maşınların qabağını alıb


Ukrayna bildirir ki, onun sərhəd xidməti zirehli maşınlar dəstəsini dayandırıb.

Həmin zirehli maşınlar Ukraynaya Rusiya ərazisindən daxil olub.

Ukraynanın təhlükəsizlik sözçüsü Leonid Matyukhin deyib ki, “onlarla tank və zirehli maşın sərhəddi avqustun 25-də Mariupol yaxınlığında keçib”. Matyukhin deyib ki, “ zirehli maşınlar və tanklar sərhəd xidməti tərəfindən dayandırılıb”. “ Döyüşlər gedir.”

Avqustun 26-da Minskdə Rusiya və Ukrayna prezidentləri arasında görüş ola bilər. Onların hər ikisi Minskə yola düşür.

Rusiyanın xarici işlər naziri Lavrov deyib ki, Moskva Kiyevin ikinci humanitar yardımla bağlı əməkdaşlıq edəcəyinə ümid edir.

Moskva elan edib ki, Ukraynanın şərq regionlarına ikinci humanitar yardımı yola salmaq istəyir. Moskva bu günlərdə birinci yardımı Ukrayna ərazisindən Kiyevin razılığı olmadan keçirdi.

XS
SM
MD
LG