Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:08

Aktyor-rejissor Richard Attenborough vəfat edib


Richard Attenborough
Richard Attenborough

-

Britaniyalı aktyor və rejissor Richard Attenborough-un 90 yaşında öldüyü bildirilir. Oğlu Michael BBC-yə deyib ki, atası avqustun 24-də vəfat edib.

Richard Attenborough-un karyerası 60 il sürüb. O, «Böyük qaçış» və digər filmlərdə çəkilib, rejissoru olduğu «Qandi» filmi səkkiz Oskar qazanıb.

BBC-nin məlumatına görə, son illərdə həyat yoldaşı ilə qocalar evində yaşayıb. Ömrünün son altı ilini əlil arabasında keçirib.

Baş nazir David Cameron yaydığı bəyanatda Attenborough-u «kinonun ən böyük xadimlərindən biri» adlandırıb.

XS
SM
MD
LG