Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 18:41

Ukraynada ingilis dilində TV kanalı işə düşüb


-

Avqustun 24-dən Kiyevdə ingilis dilində «Ukraine Today» televiziya kanalı peyk və internet yayımına başlayıb. Kanal «Ukrayna xəbərlərini Ukrayna perspektivindən işıqlandırdığını» bildirir.

Telekanal «UT» loqosundan istifadə edir və Ukraynanın 1+1 Media Qrupuna məxsusdur. Bu qrupa Ukraynanın səkkiz televiziya kanalı və beş onlayn xəbər platforması daxildir.

1+1 Media Qrupunun baş direktoru Oleksandr Tkachenko deyib ki, «Ukraine Today» Rusiya dövlət mediasının «böyük miqyaslı informasiya müharibəsinə» qarşı yaradılıb. O, Rusiya mediasını prezident Vladimir Putin-ə dəstək məqsədilə Ukrayna barədə «yalan və təhrif» yaymaqda ittiham edib.

Yeni kanala ukraynalı jurnalist, 1+1 Media Qrupunun TSN veb-saytının keçmiş redaktoru Tetyana Pushnova rəhbərlik edir.

Məlumatlara görə, kanal gələcəkdə Birləşmiş Ştatlara peyk yayımına başlayacaq və sonucda rus dilində yayımlanacaq.

XS
SM
MD
LG