Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:59

Bakının bir sıra strateji yollarında hərəkət məhdudlaşdırılıb


Arxiv foto
Arxiv foto

Bakıda bir sıra yollarda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Bölmə rəisinin sözlərinə görə, kommunikasiya xətlərinin yenilənməsi ilə əlaqədar paytaxtın strateji əhəmiyyətə malik mərkəzi küçələrindən olan Bülbül prospektinin 28 may küçəsindən Zərifə Əliyeva küçəsinin kəsişməsinədək olan hissəsində hərəkət tam məhdudlaşdırılıb:

«Hazırda Xaqani, 28 may, Nizami, Üzeyir Hacıbəyov küçələri ilə bu istiqamətdə hərəkət etmək qeyri-mümkündür. Sürücülər Neftçilər prospekti istiqamətində alternativ olaraq yalnız Səməd Vurğun küçəsi ilə hərəkət edə bilərlər».

Təmir işləri ilə əlaqədar hazırda Bakı-Sumqayıt yolunun Kənar Dairəvi Yolu ilə kəsişən hissəsindən, yəni Bakı Beynəlxalq Avtovağzalın inzibati binasının yanından Lökbatan, Astara və digər istiqamətlər üzrə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub, istiqamət dəyişdirilib. Sürücülərə alternativ olaraq Xocasən-Lökbatan yolundan istifadə etmələri tövsiyə olunur.

Bundan əlavə, yeni asfalt örtüyünün çəkilməsi ilə əlaqədar paytaxtın Binəqədi şossesi ilə Binəqədi kəndi və Binəqədi qəsəbəsi, eləcə də Novxanı və digər istiqamətlərdə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulub.

XS
SM
MD
LG