Keçid linkləri

2017, 26 İyul, çərşənbə, Bakı vaxtı 12:54

Moskvada Ukraynaya dəstəyə görə 5 nəfər saxlanıb


Arxiv foto

Moskva polisi Ukraynanın müstəqillik günündə bu ölkəyə dəstəyə görə 5 nəfəri saxlayıb. İki qız və üç oğlan Böyük Daş körpüsünə 10 metrlik Ukrayna bayrağını taxmağa çalışıblar.

Saxlananlardan biri «Эхо Москвы» radiostansiyasına deyib ki, onlar Ukraynanı təbrik etmək istəyiblər. Onun sözlərinə görə, aksiya razılaşdırılmamış hesab olunub.

Bu həftə Moskva məhkəməsi 4 nəfərin ev dustağı edilməsinə dair qərar verib. Onlar paytaxtın mərkəzindəki yüksəklikdə yerləşən ulduzu Ukrayna bayrağının rənglərinə boyamışdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG