Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:30

Türkmənbaşının dünya liderlərinə hədiyyəsi


Axaltəkə atları cıdırda. Türkmənistan. 2000-ci il
Axaltəkə atları cıdırda. Türkmənistan. 2000-ci il

Bəzi ekspertlərin rəyinə görə Axaltəkə atı dünyada ən qədim at növlərindən biridir. Qamətli və uca boylu Axaltəkə atları deyilənə görə səhra şəraitində azca su ilə uzaq yürüşlərə davamlığına görə Marko Polo və Makedoniyalı İsgəndər kimi qədim dövrün məşhur səyahətçilərinin diqqətini özünə cəlb etmişdi. Köçəri Təkə türkmən tayfası əsrlərlə yetişdirdiyi təmiz cinsli Axaltəkənin başqa at cinsləri ilə qarışmasına yol vermirdi. XIX əsrdə isə Təkələr Rusiya imperiyasının ordusuna məhz həmin atların köməyi ilə uzun müddət müqavimət göstərməyə qadir olduğundan, 1870-ci illərdə Rusiya hərbçiləri Axaltəkənin kökünü kəsməyi qərara alaraq, atların böyük əksəriyyətini məhv etdilər. 20 ildən sonra isə Rusiya alimləri yenidən Axaltəkə at növünü bərpa etməyə başladılar və bu gün dünyada olan həmin atlarının hamısı məhz onların o zaman bərpa etdikləri cins nəsildəndir.


1870-ci illərdə Rusiya hərbçiləri Axaltəkənin kökünü kəsməyi qərara alaraq, atların böyük əksəriyyətini məhv etdilər

ABŞ-n Florida ştatında təmiz cinsli Axaltəkə atları yetişdirən Cessika Eyli Keytin dediyinə görə, Sovet dövründə Axaltəkənin taleyi eniş-yoxuşlu olub, lakin dövlət başçısı Nikita Xruşovun 5 illik iqtisadi planlaşdırma proqramı bir daha bu at növünün yer üzündən silinmə təhlükəsini gerçəkləşdirdi: «Axaltəkə atları başqa gözəl atlarla yanaşı ət üzrə planı doldurmaqdan ötrü sallaqxanalara göndərilirdi».


Bu gün Axaltəkə atlarına, deyilənə görə, əslən Təkə tayfasından olan Türkmənistan prezidenti Saparmurad Niyazov himayədarlıq edir. O, Axaltəkələri dünya liderlərinə hədiyyə verir və məlumatlara görə, ölkəsində atçılıq mərkəzinin yaradılmasına 25 milyon dollara yaxın vəsait sərf edib. Lakin, xanım Eyli Keytin fikrincə başqa at növləri ilə müqayisədə dünyada sayı çox az olan Axaltəkə atlarına bu gün daha çox ən nadir peşələrdən biri olan atçılıq üzrə səriştəli mütəxəssislər gərəkdir: «Axaltəkə atları üzrə bu gün 3 məşhur mütəxəssis var - Stavropolda Aleksandr Klimuk və Moskva bölgəsində Leonid Babayev adlı bir dağıstanlı şəxs. Türkmənistanda isə gözəl Axaltəkə atları yetişdirməkdə mütəxəssis olan «Türkmənatlar»dövlət birliyinin keçmiş rəhbəri Geldı Kərizov bu gün «problemlər» üzündən bu işlə məşğul olmur».


Cənab Kərizov 2002-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə və səhlənkarlıq ittihamı ilə azadlıqdan məhrum edilmişdi. Lakin «Amnesti International» insan haqları təşkilatının məlumatına görə, onun cinayət işi saxtalaşdırılmışdır, təqib edilməsinin əsl səbəbi isə prezident Sapamurad Niyazovun ona şəxsi ədavətidir.


Xanım Eli Keytin sözlərinə görə, hal hazırda Axaltəkə atları üzrə ən yaxşı mütəxəssislər və atçılıq təsərrüfatları Rusiyada olduğundan, bu at növünün gələcək taleyi də məhz bu ölkədə həll olunacaq.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG