Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:28

«Küçədə belə sözlərə görə adamın əngini dağıdardılar...»


Andrei Makarevich (solda) və Eduard Limonov
Andrei Makarevich (solda) və Eduard Limonov

Makarevich onu sərt tənqid edən yazıçı Limonov-a öz bloqunda bundan da sərt cavab yazıb.

-

"Küçədə belə sözlərə görə adamın əngini dağıdırdılar, yadından çıxıb? Mənimsə yadımdadı".

Ukraynada rusiyameylli separatçılardan təmizlənmiş bölgədə konsert verən rus rokçusu Andrei Makarevich Vətənində hədəfdədir. Yazıçı Eduard Limonov da "İzvestiya" qəzetində onu sərt tənqid edib.

Makarevich öz bloqunda ona bundan da sərt cavab yazıb.

Andrei Makarevich

"EDUARD LİMONOVA AÇIQ MƏKTUB

Canım-gözüm, Ediçka!

Sənin “İsvestiya”dakı “Makareviçi cəzalandırmaq niyə vacibdir” məqaləni oxudum. Kefim əməlli-başlı pozuldu. Belə çıxır, kim ki gənc deyil, ona gitara çalmaq, ümumiyyətlə, olmaz. İşə bax ha. Bəs kitab yazmaq olar heç olmasa?

Ediçka, əzizim, niyə mənim xətrimə dəyirsən? Bu nə sözlərdi, “sarsaq”, “avaragor”. Küçədə belə sözlərə görə adamın əngini dağıdırdılar, yadından çıxıb? Mənimsə yadımdadı.

Ediçka, niyə mənim Ukrayna səfərim haqqında artıq qıvşımış yalanı tirajlayırsan? Bilirsən axı, ağ yalandı. Amma yenə də tirajlayırsan. Ya əgər bilmirsənsə, bəlkə maraqlanasan? Bəlkə mənim məşhurluğumdu səni narahat edən? Elə beləcə də yazmısan: “Təəssüf ki, o tanınmış adamdır”. Düz sözə nə deyəsən – doğrudan da bu məsələ məndə səndən yaxşı alınıb. Yaşımız da imkan vermir ki, bu nisbətin dəyişəcəyinə ümid edək. Bu vəziyyətdə əlbəttə, kitab yazmaqla pul qazanmaq müşkül işdir. Heç olmasa “İzvestiya”da ağ yalana görə babat pul verirlərmi?

Ən maraqlısı da andropauza ilə bağlı yazdıqlarındı. Məqalənin az qala yarısını bu fenomenə həsr etmisən.

(Məktubun bu yerini etik səbəblərdən tərcümə etmədik. Makarevich Limonova intim əlaqə təklif edir - Oxu zalı).

Həm də baxarıq da, görək, mənim andropauza ilə bağlı problemim varmı.

Arada gorün, ay xatakar.

Andrei Makarevich"

XS
SM
MD
LG