Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:45

3 tonluq heroinin son ünvanı bəlli olub


Əfqanıstanda saxlanmış heroin yoxlanır- arxiv foto
Əfqanıstanda saxlanmış heroin yoxlanır- arxiv foto

“3 tona yaxın maye heroin Gürcüstana Türkiyə ərazisindən göndərilib. Yükün İran və Azərbaycan ərazisindən keçməklə ölkəyə gətirilməsi planlaşdırılıbmış”.

Bunu “Bizim yol”un sorğusuna cavab olaraq Gürcüstan Daxili İşlər Nazirliyi administrasiyasının rəis müavini deyib:

“Sənəddə maye sabun kimi göstərilən yükün son ünvanı Moldova Respublikası imiş”.

Gürcüstan DİN rəsmisinin bildirdiyinə görə, “bu cinayət işində adı hallanan dövlətlərin, o cümlədən Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində istintaq tədbirləri davam edir”.

İyulun 11-də Gürcüstan gömrük xidməti ölkəyə keçirilən 3 tona yaxın maye heroini tutub. Həmin yüklə bağlı iki Gürcüstan, bir Türkiyə vətəndaşı həbs edilib.

Yükün Gürcüstana Azərbaycandan keçdiyi bildirilsə də, hələki Azərbaycanın bu məsələ ilə bağlı rəsmi açıqlaması olmayıb. Bu məsələyə dair avqustun 14-də Bakıda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasında qapalı toplantı keçirilib. Komissiyanın sədri Əli Həsənov bu məsələ ilə bağlı Azərbaycan tərəfinin də araşdırmalar apardığını bildirib.

Daha ətraflı media icmalını birazdan AzadlıqRadiosunun saytında oxu

XS
SM
MD
LG