Keçid linkləri

Təcili xəbərlər
2022, 07 İyul, Cümə axşamı, Bakı vaxtı 09:46

Zirzəmi həyatı...


Arxiv fotosu

AzadlıqRadiosunun “Qaynar xətt”inə müraciət edən Sevinc Əlizadə deyir, əzab-əziyyətlə tikib ərsəyə gətirdiyi evində indi rahat yaşaya bilmir. Səbəb divarlarda çatların əmələ gəlməsi və evdə yaşamağın təhlükəli olmasıdır.

Söhbət Binəqədi rayonu, Xocasən qəsəbəsi 10 saylı ünvandakı mənzildən gedir. Ev sahibəsi:

“Əvvəlcə divarlarda nazik çatlar əmələ gəlmişdi. Amma vaxt keçdikcə çatlar daha da genişləndi. İş o yerə çatıb ki, yuxarı mərtəbədəki əşyalarımı yığışdırıb evin zirzəmisinə köçmüşəm”.

GÖL QURUDU, EVLƏR ÇATLAMAĞA BAŞLADI...

Sevinc Əlizadənin sözlərinə görə, evinin çat verməsinə səbəb yaxınlıqdakı gölün qurudulmasıdır:

“Bu problem tək məndə deyil, qonşularımın da evləri qəzalı vəziyyətə düşüb”.

Füzuli rayonundan məcburi köçkün olan şikayətçinin indi getməyə yeri yoxdur. Evinin qəzalı olması barədə dəfələrlə müvafiq orqanlara müraciət etsə də hələ ki, çarə qılan olmayıb.

Xocəsən bələdiyyəsi deyir, büdcədən maliyyələşmədiklərinə də fondlarında vəsait olmadığına görə sakinə kömək etmək imkanları yoxdur.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən isə məcburi köçkünlərin şəxsi evlərinin təmiri köməklik etmədiklərini bildiriblər.

XS
SM
MD
LG