Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:36

Rusiya Moskvada McDonald's restoranlarını müvəqqəti bağlayır


Russia -- People dine at a McDonald's restaurant on Manezhnaya Square in Moscow, April 4, 2014
Russia -- People dine at a McDonald's restaurant on Manezhnaya Square in Moscow, April 4, 2014

Rusiya hakimiyyəti Moskvada dörd McDonald's restoranının bağlanmasına göstəriş verib. Ərzaq təhlükəsizliyinə nəzarət edən qurum bildirib ki, müfəttişlər həmin restoranlarda sanitariya normalarının “saysız” pozuntularını aşkarlayıb. Həmin siyahıya Rusiyadakı ilk McDonald's restoranı da daxildir.

Rospotrebnadzor-dakı mənbə bu addımın Qərbin Moskvaya iqtisadi sanksiyalarına cavab olub-olmaması barədə sualı cavablandırmayıb. Birləşmiş Ştatlar və digər ölkələr Rusiyaya Ukrayna böhranına görə sanksiyalar qoyub.

McDonald's-ın İlinoys ştatındakı baş ofisi bildirir ki, qərarı öyrənir və “restoranların mümkün qədər tez yenidən açılması üçün nə etməyin mümkünlüyünü” araşdırır.

Rusiyada ilk McDonald's restoranı 1990-cı ildə Moskvanın Puşkin meydanında açılıb. Şirkət bildirir ki, bu, dünyada ən çox müştərisi olandır.

XS
SM
MD
LG