Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:24

Ukraynada Rusiya yardımının yoxlanması başlanır


Russia -- A truck from a Russian convoy carrying humanitarian aid for Ukraine enters a border crossing point Donetsk for customs control, in Russia's Rostov Region, August 20, 2014.
Russia -- A truck from a Russian convoy carrying humanitarian aid for Ukraine enters a border crossing point Donetsk for customs control, in Russia's Rostov Region, August 20, 2014.

Avqustun 21-də Ukrayna sərhədçiləri Rusiyadan gəlmiş yardım karvanının bir hissəsini yoxlamağa başlayacaq. 260 maşından ibarət karvandan 4 yük maşını bir gün əvvəl Ukrayna sərhədi yaxınlığındakı gömrük zonasına girib.

Ukrayna Milli Təhlükəsizik şurasının sözçüsü Andriy Lysenko deyib ki, yüklərin yoxlanmasına dərhal başlamaq mümkün olmayıb, çünki Rusiya gərəkən bütün sənədləri təqdim etməyib.

Karvan bir həftədir ki, Rusiya-Ukrayna sərhədində qalıb. Ukrayna narahat idi ki, karvanda ölkənin şərqindəki rusiyayönlü separatçılara hərbi yardım ola bilər.

Moskva bildirir ki, missiya yalnız humanitar məqsədlidir, münaqişədən əziyyət çəkən dinc sakinlərə yardım göstərmək istəyir.

Avqustun 20-də Qırmızı Xaçın təmsilçiləri Ukraynanın şərqinə girib ki, yardım rahat çatdırılsın.

XS
SM
MD
LG