Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 01:27

Polis cəriməni, kitabçı isə kitablarını istəyir


Qurban Məmmədli
Qurban Məmmədli

-

Kitab satdığına görə cərimə olunan Qurban Məmmədlini polis rahat buraxmır, ondan cəriməni tez bir vaxtda ödəməsini tələb edir. Facebookda paylaşdığı statusunda Qurban Məmmədli polisin ona hər gün zəng etdiyini yazır:

«3 gündür ki, çalar saatının əvəzində 9-cu polis bölməsinin rəisi məni yuxudan oyadır. Cəriməni gətir ver deyir. 80 manat cərimə olunmuşam, amma pulum yoxdur ödəməyə. Hələ ki 3 günlük möhlət götürmüşəm».

Qurban Məmmədli AzadlıqRadiosuna deyib ki, saxlanan vaxt polislərin ondan götürdüyü kitablar da bu günə kimi qaytarılmayıb:

«10-a yaxın kitabımı götürüblər. Polisə müraciət edirəm. Rəis deyir, kitabı kim götürüb onların adını mənə de, həmin vaxt üstümə o qədər adam tökülmüşdü ki, onları necə yadda saxlaya bilərdim. Həmin kitabların müxtəlif mətbəələrə, kitab evinə məxsus olduğunu dedim və qaytarılmasını istədim, mənə dedilər ki, yoxlayandan sonra qaytaracağıq».

Onun sözlərinə görə, müsadirə olunan kitablar əsasən üz qabığında «Ce Gevara»nin şəkli olan kitablardır.

«ÇE GEVARANIN KİTABINI ƏLİNƏ GÖTÜRDÜ, ŞƏKLƏ BAXIB DEDİ Kİ, BU DİNDARDIR»

Qurban Məmmədli polis tərəfindən saxlanarkən
Qurban Məmmədli polis tərəfindən saxlanarkən

Qurban Məmmədli avqustun 15-də Nizami küçəsində kitab satarkən saxlanıb. Dediyinə görə, 5 saata yaxın sorğu-sual edildikdən sonra ona 80 manat cərimə olunduğunu bildiriblər:

«Polislər əvvəlcə dedilər ki, sən qanunsuz sahibkarlıq edirsən, daha sonra dedilər ki, küçə ticarəti ilə məşğulsan. Polis rəisi kitablardan birini - Çe Gevaranın kitabını əlinə götürdü. Üstündəki şəklə baxıb dedi ki, bu dindardır, sən dini kitablar satırsan. Gecə 1-də məni buraxdılar».

Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsindən AzadlıqRadiosuna deyiblər ki, adı çəkilən şəxs 80 manat cəriməni ödəyəndən sonra kitablarını apara bilər:

«Birinci həmin şəxs əgər cərimə olunubsa, hökumətin cəriməsini ödəməlidir. 80 manat cərimədir, 20 qəpik də «Kapitalbank»a xidmət haqqıdır. Pul ödənişi ilə bağlı qəbzi gətirsin, əgər ondan kitab götürülübsə, qaytarılacaq».

Polis Qurban Məmmədlinin qanunsuz küçə ticarəti ilə məşğul olduğunu bildirir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG