Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:16

Qobustan həbsxanasında daha bir məhbus intihar edib


Bundan əvvəl də Qobustan həbsxanasında bir neçə intihar hadisəsi olub
Bundan əvvəl də Qobustan həbsxanasında bir neçə intihar hadisəsi olub

Sentyabrın 25-də Qobustan qapalı həbsxanasında cəza çəkən ömürlük azadlıqdan məhrum edilmiş məhbus Yuri Səfərəliyev intihar edib. O, asılmış vəziyyətdə 5 saylı korpusun hamamından tapılıb. Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin qərargah rəisi Musa Hümbətov «Azadlıq» radiosuna bildirib ki, faktla bağlı Qobustan rayon prokurorluğunda cinayət işi qaldırılıb: «Prokurorluğun araşdırmasından sonra hadisənin hansı səbəbdən baş verməsi bizim üçün də aydın olacaq».


Bundan əvvəl də Qobustan həbsxanasında bir neçə intihar hadisəsi olub. Məhbusların yaxınları intiharın səbəbləri kimi saxlanma şəraitini, həbsxana əməkdaşlarının dustaqlara olan mənfi münasibətini göstərirlər.


Hüquq müdafiəçisi Çingiz Qənizadə isə bildirir ki, intiharın səbəbi həmin məhbusun psixoloji vəziyyətiylə də bağlı ola bilər. Cənab Qənizadə onu da deyir ki, hüquq müdafiəçiləri Qobustan həbsxanasında monitorinq keçiriblər və oradakı saxlanma şəraiti normaldır.


Qobustan həbsxanasında 150-dən artıq ömürlük azadlıqdan məhrum edilmiş məhbus saxlanılır. Onların çoxu cəzalarının 15 il illə əvəz edilməsiylə bağlı məhkəmələrə müraciət etsələr də, məhkəmə həmin müraciətləri təmin etməyib. Cəzalarının 15 illə əvəz edilməsi tələbi ilə həmin məhbuslardan bir neçəsi bu ilin əvvəlindən iki dəfə aclıq aksiyası da keçiriblər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG