Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 18:36

Wikileaks saytının yaradıcısı Julian Assange elan edib ki, bu yaxınlarda Ekvador səfirlyini tərk edəcək. İki ildir ki, Londonda Ekvador səfirliyində sığınacaq tapan Assange avqustun 18-də səfirlikdə keçirilən mətbuat konfransında deyib : “Mən təsdiqləyirəm ki, bu yaxınlarda səfirliyi tərk edəcyəm.” Ancaq o hara gedəcəyi barədə heç nə deməyib.

43 yaşlı Assange səfirliyi tərk edərsə, onun həbs olunacağı gözlənilir. Assange 2012-ci ilin iyununda seksual ittihamlara görə İsveçə verilməmək üçün Ekvador səfirliyində sğınacaq aldı. İsveç isə onu ABŞ-a verə bilər. Assange 2010-cu ildə ABŞ-ın məxfi hərbi və diplomatik sənədlərini mediaya sızdırdığına ABŞ ona qarşı cinayət işi açıb.

Assange bildirib ki, Britaniya və İsveç heç vaxt ona qarşı rəsmən ittiham irəli sürməyib.

O deyib ki, Avropa - qanunların aliliyinə hörmət olunan yer deməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG