Keçid linkləri

Təcili xəbərlər
2021, 25 İyul, bazar, Bakı vaxtı 00:29

Ferqyuson şəhərində iki gündür fövqəladə vəziyyətdir [Video]


Polis Ferqyusonda yeniyetmənin ölümünə etiraz edənləri dağıdır
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

Polis Ferqyusonda yeniyetmənin ölümünə etiraz edənləri dağıdır

-

MİSSURİYƏ MİLLİ QVARDİYA YERLƏŞDİRİLİR

Missurinin qubernatoru göstəriş verib ki, qaradərili silahlı yeniyetmənin öldürüldüyü əraziyə Milli Qvardiya yerləşdirilsin.

Qubernator Jay Nixon avqustun 18-də bildirib ki, məqsəd Ferqyuson şəhərində «sülh və asayişi bərpa etməkdir». Avqustun 17-də polis etirazçıları gözyaşardıcı qazla dağıdıb.

FERQYUSONDA FÖVQƏLADƏ VƏZİYYƏTDİR

ABŞ-ın mərkəzi Missuri ştatında ikinci gecədir fövqəladə vəziyyətdir. Ötən həftə Ferqyusonda ağdərili polis zabiti qaradərili silahlı yeniyetməni güllələyəndən sonra qarışıqlıq yaranıb, etirazlar və talan başlayıb. Polis etirazçıları gözyaşardıcı qazla dağıdıb.

18 yaşlı Michael Brown avqustun 9-da öldürülüb. Polis onun müqavimət göstərdiyini deyir. Ancaq şahidlərin sözlərinə görə, Brown polis zabitindən qaçarkən güllələnib.

«The New York» Times xəbər verir ki, ilkin ekspertiza gəncə azı altı dəfə atəş açıldığını göstərir. Onun başına iki dəfə güllə dəyib.

XS
SM
MD
LG