Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:28

Bakıda fransız rəssamın sərgisi açılıb


Sentyabrın 26-da Bakıdakı Fransa Mədəniyyət Mərkəzində fransız rəssam Marion Janenin sərgisi açılıb. Vernisaj «Kitabda şəkil» adlanır. Burada rəssamın kitab illüstrasiyaları və qravyura sahəsində çəkdiyi rəsmlər nümayiş olunur.


Marion Janen təsviri incəsənət sahəsində bir neçə layihənin və kitabın müəllifidir. Onun kitab illüstrasiyası və qravyuraya həsr olunan ilk albomu 2003-cü ildə işıq üzü görüb. Sərgi oktyabrın 12-nə qədər davam edəcək.


Ötən həftə Bakıda fransız filmləri festivalı da keçirilmişdi. Festival çərçivəsində fransız kinematoqrafçıların istehsalı olan 10-dan artıq bədii film göstərilmişdi.



XS
SM
MD
LG