Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:39

«Yeni Fikir»çilərin məhkəməsində vəkillərin vəsatəti təmin olunmadı


Sentyabrın 26-da Apellyasiya Məhkəməsində «Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirlinin və onun müavinləri Ramin Tağıyevlə Səid Nurinin şikayəti əsasında başlanan məhkəmə istintaqı sona çatdı. Sentyabrın 27-də məhkəmə çıxışlarına başlanacaq.


Bu günkü məhkəmə prosesində hakim müdafiə tərəfinin bir neçə, o cümlədən, AXCP sədri Əli Kərimlinin və onun müavini Fuad Mustafayevin şahid qismində dindirilməsiylə bağlı vəsatətlərini təmin etmədi. Vəkil Elçin Qəmbərov bildirdi ki, Səid Nurinin Polşa səfərində Fuad Mustafayev də iştirak edib, ittiham tərəfi isə oradakı konfransın «narıncı inqilab»a hazırlıqla bağlı təlimlər üçün keçirildiyini bildirir. Buna görə də F.Mustafayev şahid kimi dindirilməlidir. Vəsatət təmin olunmadı. Vəkillər vəsatətlərinin təmin olunmamasına etirazlarını bildirdilər.


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə «Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirli və Ramin Tağıyev 7 və 4 il müddətinə azadlıqdan məhrum edilib, Səid Nuriyə isə şərti olaraq 5 il cəza verilib. «Yeni Fikir»çilər Apellyasiya Məhkəməsindən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmünü ləğv etməyi, onlara bəraət verilməsini tələb edirlər.


XS
SM
MD
LG