Keçid linkləri

2018, 21 Yanvar, bazar, Bakı vaxtı 19:00

Slovakiyadan Ukraynaya qaz verilməsinə başlanır


Arxiv fotosu.

Ukrayna ilə Slovakiya Voyanı-Ujqorod kəməri ilə təbii qaz ötürülməsi sınağına başlayıblar.

"Ukrtransqaz"-ın avqustun 16-da yaydığı məlumata görə, sınaq zamanı Slovakiyadan Ukraynaya sutkada 2 milyon kub metr qaz nəql olunacaq.

Aprelin 28-də "Ukrtransqaz " Slovakiyanın “Eustream” şirkəti Ukraynaya təbii qaz nəql etməklə bağlı razılığa gəliblər.

Proqnozlara görə, sentyabrda Slovakyadan Ukraynanaya sutkada 27 milyon kub metr qaz ötürüləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG