Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 04:42

Bakıda geriyə sayım saatı quraşdırılıb


Bakıda Olimpiya şəhərciyi.
Bakıda Olimpiya şəhərciyi.


Avqustun 16-da Bakı Avropa Oyunlarının açılış mərasiminə 300 gün qalmış Bakıda geriyə sayım saatı quraşdırılıb.

Avropa Oyunları Əməliyyat Komitəsinin yaydığı məlumatda bu yarışla bağlı Azərbaycana 6 mindən çox idmançının və 3 mindən çox komanda rəsmisinin gələcəyi bildirilir. Yarışda 239 medal və Avropa çempionu adı uğrunda rəqabət aparılacaq.

2015-ci il iyunun 12-də başlayan Bakı 2015 yarışları 17 gün davam edəcək. 19 müxtəlif idman növü üzrə yarışlar ümumilikdə 20 arenada keçiriləcək. Yarışlarda 49 Avropa ölkəsinin iştirakı nəzərdə tutulub

XS
SM
MD
LG