Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:42

Bakıda yataqxanada yanğın olub


-

apa-nın məlumatına görə, hadisə avqustun 16-da səhər saatlarında Binəqədi rayonunda, ləğv edilən «Bakı Elektroterm» zavodunun yataqxanasında qeydə alınıb.

Məcburi köçkün Sərxan Məmmədova məxsus, ümumi sahəsi 56 kvadrat metr olan mənzildə baş verən yanğının söndürülməsinə 3 yanğınsöndürən maşın cəlb olunub. Alovun digər mənzillərə keçməsinin qarşısı alınıb.

Bununla belə, ev yararsız hala düşüb.

Hadisə zamanı evdə tək olan S. Məmmədov yanıq xəsarətləri alıb.

Yanğının hansı səbəbdən baş verdiyi bəlli deyil.

XS
SM
MD
LG