Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 17:17

BP Azərbaycanda ilin 1-ci yarısının nəticələrini açıqlayıb


Azəri-Çıraq-Günəşli və Şahdəniz yataqlarının əməliyyatçısı kimi BP şirkəti, eləcə də Bakı-Tbilisi-Ceyhan boru kəməri şirkəti və Cənubi Qafqaz Boru Kəməri şirkəti Azərbaycanda 2014-cü ilin birinci yarısında neft və qaz hasilatı və ixracının nəticələrini elan edib.

Azəri-Çıraq-Günəşli (AÇG) hasilat

2014-cü ilin birinci yarısında AÇG-nin fəaliyyətində bir nailiyyət qeyd olundu – Çıraq Neft Layihəsi çərçivəsində ilk neft əldə olundu. Qərbi Çıraq platforması yanvar ayının 28-də öncə qazılmış quyuların birindən hasilata başladı. O vaxtdan bəri Qərbi Çıraq platformasından hasilat artaraq dörd quyudan indiki həddinə – gündə 50 000 barelə çatıb.

İlin birinci yarısında AÇG-dən ümumi hasilat – Çıraq, Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri, Dərinsulu Günəşli və Qərbi Çıraq platformalarından birlikdə – gündə orta hesabla 656 100 barel ( ümumilikdə təqribən 118,8 milyon barel, yəni 16 milyon ton) təşkil edib.

Səmt qazı

2014-cü ilin birinci yarısı ərzində ARDNŞ-yə gündə təqribən 6,6 milyon kubmetr, ümumilkdə isə 1,2 milyard kubmetr AÇG səmt qazı verilib.

İxrac əməliyyatları

2014-cü ilin birinci yarısı ərzində Səngəçal terminalı 152 milyon barel neft (o cümlədən 133 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 15,4 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu (QİBK), 2,6 milyon barel dəmir yolu vasitəsilə və 0,9 milyon barel kondensat ixrac kəməri vasitəsilə) ixrac edib.

2014-cü ilin birinci yarısı ərzində terminal həmçinin gündəlik orta hesabla 26 milyon standart kubmetr Şahdəniz qazı ixrac etmişdir.

Bakı-Tbilisi-Ceyhan (BTC)

11 avqustda BTC Türkiyənin Ceyhan terminalında yüklədiyi 2 milyardıncı barel nefti yola salmağını qeyd etdi.

1768 km uzunluğunda BTC boru kəməri 2006-cı ilin iyun ayından istismara verilib. Həmin vaxtdan etibarən BTC vasitəsilə nəql edilmiş ümümilikdə təxminən 2 milyard barel (263 milyon ton ) xam neft Ceyhanda 2 580 tankerə yüklənilib və dünya bazarlarına göndərilib.

2014-cü ilin birinci yarısı ərzində BTC vasitəsilə təqribən 17,8 milyon ton (134 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 185 tankerə yüklənib.

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur. 2013-cü ilin oktyabrından başlayaraq BTC vasitəsilə müəyyən həcmlərdə Tengiz neftinin nəql olunması bərpa olunub. Kommersiya razılaşmalarının yekunlaşması Şimal Marşrutu İxrac Boru Kəmərindən neft həcmlərinin BTC vasitəsilə ixracına imkan verdi.

Şahdəniz hasilat

2014-cü ilin birinci altı ayı ərzində yataqdan 4,75 milyard kubmetr qaz və 1,12 milyon ton (təqribən 9 milyon barel) kondensat və ya gündəlik təxminən 26,2 milyon kubmetr qaz və 49 757 barel kondensat hasil edilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG