Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:52

«Gərək kimsə özünə qəsd edə sonra haqq öz yerini tapa?»


Veteran ailəsi Prezident Administrasiyası önündə özünü yandırdı
Gözlə

No media source currently available

0:00 0:02:36 0:00

Veteran ailəsi Prezident Administrasiyası önündə özünü yandırdı

-

Prezident Administrasiyasının qarşısında həyat yoldaşı, müharibə veteranı Elçin Salahovla birlikdə özünü yandıran Jalə Salahovanın vəziyyəti ağırdır. Bu haqda AzadlıqRadiosuna Elçin Salahovun bacısı Yeganə Mahmudova xəbər verib. Onu sözlərinə görə, qardaşının vəziyyəti yaxşılığa doğru irəliləsə də, Jalə Salahova hələ də reanimasiyadadır:

«Qardaşımda ağrılar olsa da həkim zəmanət verir ki, sağalacaq. Jalənin yanına heç kimi buraxmırlar. Həkim deyir, vəziyyəti ağırdır və sağalma ehtimalı da azdır».

Yeganə Mahmudova bildirir ki, avqustun 13-də Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları xəstəxanaya gələrək, qardaşına baş çəkiblər:

«Bir az maddi yardım ediblər. Deyiblər ki, narahat olmasın, hər şey düzələcək. Bu gün də zəng vurub deyiblər ki, qardaşımın özünü yandırmasına səbəb olan problemi həll ediblər. Bütün baş verənlərdən sonra nəyə lazımdır bunlar? Gəlinimiz sağalmayacaqsa, nəyimizə lazımdır? Gərək kimsə özünə qəsd edə sonra haqq öz yerini tapa?».

Müharibə veteranı Elçin Salahov həyat yoldaşı Jalə Salahova ilə birlikdə avqustun 13-də Prezident Administrasiyasının qarşısında özünü yandırıb. Cütlüyün yaşadıqları evdən çıxarılmaları ilə bağlı məhkəmə qərarına etiraz olaraq bu addımı atdığı bildirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG