Keçid linkləri

Təcili xəbərlər
2021, 15 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:26

Bakıda marşrut avtobusu aşıb, ölənlər və xəsarət alanlar var


Arxiv foto

-

Bakıda avtobus qəzası baş verib. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən xəbərə görə, hadisə tikilməkdə olan Olimpiya Stadionu qarşısında baş verib. 148 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu idarəetməni itirərək aşıb. Nəticədə avtobusun sürücüsü 31 yaşlı Haqverdi Kərimov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, qəza nəticəsində avtobusda olan sərnişinlərdən altısı müxtəlif xəsarətlərlə xəstəxanaya daxil olub.

Qəza nəticəsində xəsarət alanlardan daha bir nəfər - naməlum kişi xəstəxanada dünyasını dəyişib.

Qəza səbəbindən şəhər istiqamətində böyük tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG