Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:13

Tarixin ən güclü qadın şahmatçısı Judit Polgar şahmatdan getdi


Tarix boyu ən güclü qadın şahmatçı sayılan Judit Polgar şahmatdan getdiyini elan edib.

O avqustun 13-də Times qəzetinə bildirib ki, daha yarışlardan iştirak etməyəcək.

Polgarın hazırda 38 yaşı var. O, 25 ildir ki, dünyanın ən güclü qadın şahmatçısıdır.

Polgar deyib ki, şahmat yarışlarında tələb olunan konsentrasiya onda artıq yoxdur.

O, karyerası boyu rastlaşdığı seksizmi və şahmata indiki texnologiya müdaxiləsini tənqid edib.

Polgar 1991-ci ildə kişilər arasında qrosmeyster adını alanda onun heç 15 yaşı yox idi.

Ondan qabaq ən gənc qrosmeyster rekordu bu adı 15 yaşında alan əfsanəvi Robert Fischerə məxsus idi.

XS
SM
MD
LG