Keçid linkləri

2017, 23 Aprel, bazar, Bakı vaxtı 18:01

-

«Fırfıra» ictimai hərəkatı «Piyada podiumu» adlı moda nümayişi keçirib.

Bu barədə AzadlıqRadiosuna «Fırfıra»dan məlumat veriblər. Məlumatda bildirilir ki, «Piyada podiumu»nda peşəkar modellər iştirak edib. Nümayiş şəhərin müxtəlif yerlərindəki piyada keçidlərində edilib.

Hərəkatdan bildiriblər ki, belə bir aksiyanın keçirilməsində məqsəd piyadaların və sürücülərin diqqətini yol hərəkət qaydalarına cəlb etməkdir. Moda nümayişi «Piyada keçidindən keçmək üçün kifayət qədər vaxtımız var!» sloqanı ilə gerçəkləşdirilib.

«Fırfıra» ictimai hərəkatı bundan əvvəl cəmiyyətdəki sosial, ictimai hadisələrə diqqət çəkmək üçün bir neçə videolayihələr edib. Bu hərəkat 2014-cü ildə yaradılıb.

Təsisçilərin dediyinə görə, «Fırfıra» hərəkatının əsas hədəfi cəmiyyətdə mövcud olan sosial problemlərin təbliğatı və sağlam ictimai mühit formalaşdırmaqdır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG