Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:48

Saakashvili 5 milyon dollar dövlət vəsaitini dağıtmaqda ittiham olunur


Gürcüstanın keçmiş prezidenti Saakashviliyə qarşı yeni cinayət ittihamları irəli sürülüb.

Avqustun 13-də baş prokurorluq bildirib ki, Saakashvili 2009-cu ildən 2013-cü ilə kimi 5 milyon dollar dövlət vəsaitini dağıtmaqda ittiham olunur.

Saakashvili dövlət vəsaitini yüksək vəzifəli şəxslərin hotellərdə, yaxtalarda olarkən onların təhlükəsizliyinə xərcləməkdə ittiham olunur. Bu bahalı xidmətlər onun və onun tərəfdaşlarının dostları üçün nəzərdə tutulmuşdu.

İttiham sübut olunsa, Saakashviliyə 11 il həbs cəzası verilə bilər.

2004-cü ildən 2013-cü ilə kimi prezident olan Saakashvili keçən il Gürcüstanı tərk edib.

ABŞ Dövlət Departamenti ona qarşı ittihamlardan narahatdır.

Gürcütanın baş naziri Garibashvili şəffaf və obyektiv istintaqa söz verir.

XS
SM
MD
LG