Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:30

ABŞ: Rusiyanın humanitar yardımı yoxlanmalı, sonra paylanmalıdır


-

ABŞ hesab edir ki, Rusiyadan Ukraynanın şərqinə göndərilən humanitar yardım sərhədi keçəndə Ukrayna gömrüyü tərəfindən yoxlanılıb, daha sonra paylanması üçün Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verilməlidir.

Dövlət Departamentinin sözçüsü Marie Harf deyib ki, humanitar yardım bütün bu prosedurları keçdiyi halda ABŞ Rusiyanın yardımını müdafiə edəcək.

O bildirib ki, ABŞ Ukraynaya girməyə can atan Moskvanın bu ölkənin şərqinə humanitar yardım altında başqa yük gətirə biləcəyindən narahatdır.

Departamentin sözçüsü deyib ki, ABŞ nümayəndələri ukraynalı həmkarları ilə danışıblar və Rusiyanın Luqansk şəhərinə humanitar yardım göndərmək istəyini müsbət qarşılayıblar.

XS
SM
MD
LG