Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:35

Məhkumların vəziyyətinə nəzarət edəcək İctimai Komitə fəaliyyətə başlayır


Sentyabrın 25-dən Ədliyyə nazirinin yanında məhkumların islah edilməsinə və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarəti həyata keçirəcək İctimai Komitə (İK) fəaliyyətə başlayır. 9 nəfərdən ibarət quruma hüquq müdafiəçiləri və qeyri-hökumət təşkilatlarının üzvləri daxildir. İK üzvü «Konstitusiya» Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyir ki, qurumun üzvləri istənilən vaxt istənilən cəzaçəkmə müəssisəsində monitorinq aparmaq və istənilən məhkumun hüquq və azadlıqlarının təmin olunması, saxlama, məişət və tibbi şəraiti ilə tanış olmaq hüququna malikdir: «Zəruri hallarda penitensiar müəssisənin əməkdaşları məhkumun komitə üzvləri ilə söhbətini müşahidə edə bilsələr də, dinləyə bilməyəcəklər».


Ədliyyə naziri Fikrət Məmmədova görə, geniş səlahiyyətlərə malik bu qurum cəmiyyətlə məhbuslar arasında yeni münasibətlər formalaşdıra bilər.


İctimai Komitə Ədliyyə Nazirliyinin müəyyənləşdirdiyi qaydalar əsasında yaradılsa da, seçki əsasında formalaşdırılıb.



XS
SM
MD
LG