Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:44

Ümumdünya Səhiyyə Təşkilatı: Dünyada 350 milyon adam depressiyadan əziyyət çəkir


Depressiyadan əziyyət çəkdiyi bildirilən və özünü öldürdüyü güman olunan məşhur komik Hollivud aktyoru Robin Williamsın ölümündən sonra depressiyaya diqqət artıb. Bunu xəbər verən Frans Press yazır ki, Ümumdünya Səhiyyə təşkilatının məlumatına görə, dünyada 350 milyon adam depressiyadan əziyyət çəkir.

Ekspertlərin fikrincə, var-dövlətə, məşhurluğa baxmayaraq aktyorlar depressiyaya daha çox məruz qala bilərlər.

Bundan başqa spirtli içkilərə və narkotik maddələrə aludə olanlar arasında 30 faizdən 50 faizə kimi insan depressiya ilə üzləşir. Robin Williams ömür boyu bu iki bəla ilə mübarizə aparıb.

63 yaşlı Robin Williams öz evində ölü tapıldı. O son vaxtlar kəskin depressiya keçirirdi.

XS
SM
MD
LG