Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:36

Obama al-Abadinin namizədliyini irəliyə doğru addım adlandırır


ABŞ prezidenti Barack Obama Heydar al-Abadinin baş nazirliyə irəli sürülməsini qabağa doğru addım adlandırıb. Massaçusets ştatında məzuniyyətdə olan Obama al-Abadini yeni hökuməti mümkün qədər tez yaratmağa çağırıb.

O bildirib ki, İraq ağır günlərini yaşayır və İraq liderlərini birgə işləməyə çağırıb. Obama İraqın keçmiş baş naziri Malikinin adını çəkməyib.

Maliki isə prezident Fuad Masumu günahlandırıb ki, o, Malikini baş nazirliyə irəli sürməməklə qanunu pozub.

Maliki İraqda təriqətlər arasında davanı qızışdırmaqda ittiham olunur. Onun istefasənı tələb etsələr də Maliki istefa verməkdən imtina edib.

XS
SM
MD
LG