Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:53

Kasparov seçkini uduzdu


N

Kremlin dəstəklədiyi Kirsan İlyumzhinov asanlıqla yenidən Beynəlxalq Şahmat Federasiyasının prezidenti seçildi.

19 ildir ki, FİDE-nin prezidenti olan 52 yaşlı İlyumzhinov prezident seçkisində şahmat üzrə keçmiş dünya çempionu, indi isə Rusiya dissidenti Garry Kasparova qalib gəldi.

Kasparov İlyumzhinovu seçkidən qabaq seçkinin nəticəsinə təsir etmək cəhdində ittiham edirdi. Eyni ittihamları 2010-cu ildə İlyumzhinovun rəqibi olan keçmiş dünya çempionu Anatoly Karpov da irəli sürürdü.

Kasparov deyib ki, “ bu, elə əvvəlcədən ədalətsiz dava oldu”. “İndiki rəhbərlik utanmadan hər fənddən istifadə edirdi”.

XS
SM
MD
LG