Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:37

ABŞ təcili şəkildə İraqdakı kürdləri silahlandırır


ABŞ Dövlət Departamenti bildirib ki, İslam dövləti yaraqlıları ilə mübarizədə kürdləri ABŞ təcili şəkildə silahlandırır.

Bunu CNN-ə müsahibəsində Dövlət departamentinin sözçüsü Marie Harf deyib. Onun sözlərinə görə, kürdlərin təcili və artan miqysada silahlanması üçün ABŞ İraq hökuməti ilə fəal şəkildə işləyir.

Harf xüsusi vurğulayır ki, bu işlər çox təcilidir.

İraq İslam Dövləti yaraqlıları son günlər şəhərləri kürdlərin peşmərqə silahlıları məğlub olub geri çəkiləndən sonra tuturlar.

İslamçı yaraqlılar şəhərləri tutandan sonra isə yerli dini azlıqlar, yezidilər və xristianlar baş götürüb, qaçırlar.

XS
SM
MD
LG