Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:17

Soçidən əvvəlki və Soçidən sonrakı Qarabağ [Video]


-

Politoloq Ərəstun Oruclu, siyasi şərhçi Yeganə Hacıyeva və Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Soçi görüşünün nəticələrini müzakirə edirlər.

«BU GÖRÜŞLƏR ERMƏNİSTANIN MARAQLARINA UYĞUNDUR»

Akif Nağı hesab edir ki, Soçi görüşünün heç bir nəticəsi yoxdur:

«Soçi görüşündən nə isə gözləmirdik. Soçidən əvvəl cəbhədə gərginlik yarandı. Belə təsəvvür yarandı ki, müharibə başlaya bilər. Hər iki tərəfdən itkilər oldu. Azərbaycanın üstünlüyü göz önündə idi. Cəbhə xəttində olub insanlarla görüşdük. Məlumatlar göstərdi ki, Azərbaycan üstün tərəf oldu. Azərbaycan cəmiyyəti müharibəyə daha hazır göründü. Digər tərəfdən, Azərbaycan predmetsiz danışığa getmək istəmirdi. Prezidentlərin görüşü çətinləşmişdi. Ermənilər görüşlərin təşkilində maraqlı görünsələr də, Azərbaycan yayınırdı. Rusiya yenə öz diktəsini yeritdi. Prezidentlərin görüşü baş tutdu. Bu görüşlər Ermənistanın maraqlarına xidmət edir. Heç bir sənəd qəbul olunmadı. Ermənistan qalib tərəf kimi göstərildi bu danışıqlarda. Bu görüş bir daha göstərdi ki, münaqişənin sülh yolu ilə həlli mümkün deyil».

«ƏRAZİ BÜTÖVLÜYÜ RUSİYADAN YOX, AVROPADAN KEÇİR»

Yeganə Hacıyeva deyir ki, görüşdən gözlənti yalnız cəbhədəki gərginliyin səngiməsidir:

«Ermənistan status-kvonun saxlanmasında maraqlıdır. Azərbaycan hərbi büdcəsini artırır. Ancaq silah üstünlüyü hərbi üstünlük deyil. Soçidən əvvəl İlham Əliyev «twitter» səhifəsində müharibədən yazdı. Soçidə isə münaqişənin dinc yolla həlli tərəfdarı olduğunu dedi. Sevindirici hal olardı ki, cəbhədəki bu gərginlikdən sonra ərazi qaytarılardı. Ancaq baş verənlər səs-küydən başqa bir şey deyildi. Bu gərginlik ərəfəsində hüquq müdafiəçiləri, «facebook» fəalları həbs olundu, qiymətlər qalxdı. QHT-lərin bank hesablarına həbs qoyuldu. Azərbaycan ordusunun mayoru dünyasını dəyişdi. RATİ-nin ofisində yoxlamalar başladı. Bütün bunlar təsadüf ola bilməz...».

«Bircə gözləntim vardı ki, bu görüşdən sonra əsgərlər ölməyəcək. Gərginlik yatacaq. Rusiya heç bir halda əzəli tərəfdaşının maraqlarına zidd getməyəcək. Azərbaycanın ərazi bütövlüyünə güdən yol Rusiyadan yox, Avropadan gedir. Balanslı siyasət nəticə vermir. Status-kvonun aradan götürülməsi üçün Azərbaycan Avropaya üz tutmalıdır».

XS
SM
MD
LG