Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:05

Yeni Gömrük Məcəlləsi hazırlanır


Azərbaycanın yeni gömrük məcəlləsinin layihəsi oktyabrda tamamlanacaq və parlamentə təqdim olunacaq. Azərbaycanda gömrük sisteminin təkmilləşdirilməsi layihəsinin eksperti Soltan Hadıyevin verdiyi məlumata görə, yeni məcəllə Azərbaycanın Avropaya inteqrasiyasına təsir göstərəcək, gömrük prosedurlarının şəffaflığını və sadələşdirilməsini, ölkəyə xarici investisiyaların cəlb olunmasının səmərəliliyini təmin edəcək.


İndiyədək Avropa Komissiyasının vəsaitləri hesabına maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı (UN DP) ilə gerçəkləşdirilən illik layihə çərçivəsində Estoniya və İsveçin gömrük sahəsində təcrübəsi öyrənilib. İlin əvvəlində başlanan 900 min avro dəyərindəki layihə Azərbaycanın gömrük sistemini Avropa Birliyinin gömrük məcəlləsinə uyğunlaşdırmaqdır. Azərbaycanda indi qüvvədə olan gömrük məcəlləsi 1997-ci ildə qəbul olunub.


XS
SM
MD
LG