Keçid linkləri

2017, 27 Aprel, Cümə axşamı, Bakı vaxtı 01:54

-

Polşa Xarici İşlər Nazirliyi Azərbaycanda vətəndaş cəmiyyəti fəallarının siyasi motivli həbslərindən narahatdır.

Bəyanatda deyilir ki, hüquqşünas və hüquq müdafiəçisi İntiqam Əliyev, vətəndaş cəmiyyəti fəalları Leyla Arif Yunuslar, Həsən Hüseynli, Rəsul Cəfərov, jurnalist Rauf Mirqədirov, eləcə də çoxsaylı müxalifət partiyalarının fəalları və onların ailə üzvlərinə qarşı sanksiyalar narahatlıq doğurur. Bu əsassız ittihamlar və həbslərin arxasında siyasi motivlər durur.

Polşa XİN Azərbaycan hökümətini sivil cəmiyyət üzvlərinə, siyası simalara və onların ailə üzvlərinə qarşı repressiyaları dayandırmağa çağırır, bu addımların stabilliyə təhlükə olduğunu xatırladır və Azərbaycan hökümətini Avropa Şurası , ATƏT və BMT qarşısında götürdüyü öhdəliklərinə hörmətlə yanaşmağa çağırır.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG